Avq
2022
20:31
173
12
711
Virtual karabakh

“Twitter” Avropada “RİA Novosti”nin hesablarını bloklayıb

4 Avq, 2022
20:31
711

“Twitter” Avropada “RİA Novosti”nin hesablarını bloklayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” Rusiyanın “RİA Novosti” xəbər agentliyinin Avropa ölkələrindəki hesablarını bloklayıb. Sosial şəbəkənin verdiyi məlumata görə, Avropa İttifaqının 27 ştatında və Böyük Britaniyada agentliyin hesabına giriş məhdudlaşdırılıb.

“Twitter”də “RİA Novosti”nin səhifələrindən birinə daxil olmaq istəyəndə “Hesaba giriş bağlanıb” bildirişi ekrana çıxır. Qeyd edilir ki, bloklama bütün Aİ ölkələri və Böyük Britaniyaya şamil edilir.

Xüsusilə “Twitter” administrasiyası agentliyin əsas hesabına (@rianru), idman xəbərləri lentlərinə (@rsportru) və təcili mesajlara (@riabreakingnews) girişi məhdudlaşdırıb. Bundan əlavə, “RİA Novosti” ilə birlikdə “Rossiya Seqodnya” media qrupuna daxil olan “Prime” iqtisadi informasiya agentliyinin (@1prime_ru) hesabına da giriş bağlanıb.

Yuxarıda adıçəkilən hesablar Almaniya, Portuqaliya, Finlandiya, İsveç, İrlandiya, Sloveniya, Çexiya, Polşa, Slovakiya, Macarıstan, İtaliya, Malta, Rumıniya, Yunanıstan, Niderland, Bolqarıstan, Avstriya, Lüksemburq, Latviya, Böyük Britaniya, Danimarka, Litva, Xorvatiya, Fransa, Estoniya, Kipr, İspaniya və Belçikada bloklanıb.

Mənbə: Vesti.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri