10 
Avq
2022
10:10
156
15
1570
Virtual karabakh

Yaponiyanın yeni hökuməti təsdiqləndi - YENİLƏNİB

10 Avq, 2022
10:10
1570

Yaponiyanın yeni hökuməti təsdiqləndi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi çərşənbə günü keçirilən kadr dəyişikliyindən sonra Fumio Kişida hökumətindəki vəzifəsini qoruyub.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno (o da öz vəzifəsini qoruyub - red.) bəyan edib.

Baş katib nazirlərin yeni siyahısını xüsusi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, maliyyə naziri Syuniti Sudzuki, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Sayto, həmçinin iqtisadi bərpa naziri Daysiro Yamaqiva hökumətdə öz portfellərini qoruyublar.

Keçən il iqtisadiyyatın bərpası naziri olmuş və koronavirusla mübarizə tədbirlərinə cavabdeh olan Yasutoşi Nişimura yeni iqtisadiyyat, ticarət və sənaye naziri təyin edilib. 2008-2009-cu illərdə Yaponiyanın müdafiə naziri olan Yasukazu Hamada isə yenidən hərbi quruma rəhbər təyin edilib.

Əvvəllər müxtəlif nazir postlarını tutmuş Taro Kono, Sanae Takaiti və Katsunobu Kato da hökumətə qayıdıb. Vaxtilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə rəhbərlik edən Kono rəqəmsallaşmaya cavabdeh olan nazirin portfelini alıb. İyul ayında öldürülən sabiq baş nazir Sindzo Abenin ən yaxın adamlarından biri olan Takaiti iqtisadi təhlükəsizlik naziri vəzifəsinə gətirilib. Kato isə öz növbəsində artıq Abe hökumətində tutduğu Səhiyyə Nazirliyinin rəhbəri postuna qayıdıb.

09:15

Yaponiya hökuməti tam tərkibdə istefa verib.

Baş nazir Fumio Kişidanın rəhbərliyi altında Yaponiya hökumətinin yeni tərkibinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida “yeni kapitalizm”in iqtisadi konsepsiyasının təbliğini sürətləndirmək planları, ərzaq və yanacağın qiymətlərinin artması ilə əlaqədar tədbirlər görmək zərurəti, həmçinin parlament iclasına hazırlıq məqsədi ilə bunu indi keçirmək qərarına gəldi.

Yaponiya hökumətinin bu tərkibi 2021-ci il oktyabrın 4-də Kişida baş nazir postunu tutduğu zaman formalaşıb.

Mənbə: Kyodo

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri