11 
Avq
2022
21:19
158
50
2709
Virtual karabakh

Mariya Ovsyannikova ev dustaqlığına göndərildi - VİDEO

11 Avq, 2022
21:19
2709

Mariya Ovsyannikova ev dustaqlığına göndərildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cümə axşamı Moskvanın Basmannı məhkəməsi Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edərək ev dustaqlığına göndərib.

“Məhkəmə istintaqın vəsatətini təmin edib və Ovsyannikova M.V. barəsində oktyabrın 9-dək ev dustaqlığı qətimkan tədbiri seçilib”, - məhkəmədən bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunur. Onu 10 ilədək həbs cəzası gözləyir.

Ovsyannikovanın vəkili Dmitri Zaxvatovun sözlərinə görə, ittihama səbəb iyulun 15-də Moskvada Sofiyskaya sahilində müvəkkilinin iştirakı ilə keçirilən piket olub.

Xatırladaq ki, martın ortalarında Birinci Kanalda canlı yayımlanan “Vremya” verilişinin axşam buraxılışı zamanı Ovsyannikova Ukraynadakı xüsusi əməliyyatı pisləyən plakatla studiyaya daxil olub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri