17 
Avq
2022
14:38
102
43
1332
Virtual karabakh

Tramp prokurorluğa gəldi: Keçmiş prezident vəkil tapa bilmir - VİDEO

17 Avq, 2022
14:38
1332

Tramp prokurorluğa gəldi: Keçmiş prezident vəkil tapa bilmir - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və köməkçiləri onu təmsil edəcək hüquqşünas tapa bilmirlər.

Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində axtarış aparılmasından səkkiz gün keçib. Bu müddətdə Tramp və köməkçiləri “hörmətli hüquqşünaslar komandası” toplamağa çalışırlar. Lakin heç kim siyasətçinin maraqlarını təmsil etməyə cəsarət etmir.

Bu barədə adının açıqlanmasını istəməyən nüfuzlu respublikaçı hüquqşünas məlumat verib.

“Hamı ona yox deyir”, - deyə hüquqşünas bildirib.

Qeyd edilir ki, ABŞ-ın keçmiş lideri ABŞ Ədliyyə Nazirliyində böyük təcrübəyə malik cinayət işi üzrə vəkil tapmaq istəyir. Belə ki, Trampın etibarlı adamları və müşavirləri artıq siyasətçinin yanında işləyən vəkillərdən ciddi narahatdırlar. Vurğulanır ki, onların əksəriyyətinin belə işlərdə, demək olar ki, təcrübəsi yoxdur.

Həmçinin iddia olunur ki, səriştəli mütəxəssislər tapmağa eks-prezidentin xasiyyəti də mane olur. Belə ki, Trampın “dalaşqan” olduğu və eyni zamanda “heç vaxt başqa insanların məsləhətinə qulaq asmadığı” qeyd edilir.

Mənbə: The Washington Post

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri