18 
Avq
2022
00:25
43
199
2475
Virtual karabakh

Çində bir nəfərə görə bütün şəhər karantinə alındı, uçuşlar ləğv edildi

18 Avq, 2022
00:25
2475

Çində bir nəfərə görə bütün şəhər karantinə alındı, uçuşlar ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Mancuriya şəhərində koronavirus testi müsbət çıxmış bir nəfərə görə bütün şəhər karantinə alınıb.

Bu barədə yerli hökumətin bəyanatından məlum olub.

Koronavirusa yoluxma halı bir gün əvvəl PZR testi zamanı aşkar edilib. 

Qapanma ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın, ticarət mərkəzlərinin, kafelərin, kinoteatrların, idman zallarının fəaliyyəti dayandırılıb. “Sitziyao” hava limanından uçuşlar ləğv edilib. Məktəblər və dövlət idarələri bağlanıb, həbsxanalar və qocalar evləri müvəqqəti olaraq ziyarətçilər üçün qapadılıb.

Həmçinin bu gündən etibarən Mancuriyanın bütün sakinlərindən üç raund PZR testindən keçmək tələb olunur.

150 000 əhalisi olan şəhərdə lokdaunun nə qədər davam edəcəyi məlum deyil.

Mənbə: Moskva 24

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri