24 
Avq
2022
17:06
309
28
1202
Virtual karabakh

Boris Consonun rəsmi iqamətgahı Ukrayna rəngləri ilə bəzədildi - FOTO/VİDEO

24 Avq, 2022
17:06
1202

Boris Consonun rəsmi iqamətgahı Ukrayna rəngləri ilə bəzədildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyada Ukraynanın Müstəqillik Günü münasibətilə Baş nazirin Dauninq-Strit 10 ünvanındakı iqamətgahı günəbaxanlar və mavi buketlərlə bəzədilib.

Həmçinin Şotlandiya Qvardiya Orkestri Londonun mərkəzində “Kaluş” qrupunun “Stefaniya” mahnısını ifa edib.

Britaniyalılara günəbaxanın bir neçə əsrdir Ukrayna tarlalarında yetişdirildiyi və Ukraynanın “milli” güllərindən biri olduğu açıqlanıb. Rusiya-Ukrayna müharibəsi zamanı isə bu güllərin müqavimət və birliyin simvolu olduğu qeyd edilib.

Boris Conson Müstəqillik Günü ilə bağlı təbrik ünvanlayıb. Şəxsi videomüraciətində xüsusi olaraq vurğulayıb ki, 1991-ci ildə Ukrayna ilk dəfə müstəqillik əldə etməyib, müstəqil dövlət kimi yenidən doğulub. İndi isə ukraynalılar yenidən öz ölkələrində gələcəklərini təyin etmək hüquqlarını müdafiə edirlər.

“Mən ukraynalıların Müstəqillik Günündə bunu bilmələrini istəyirəm: Britaniya sizə lazım olduğu qədər dəstək verəcək”, - deyə baş nazir vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri