30 
Avq
2022
01:52
94
416
6055
Virtual karabakh

Bağdaddakı iğtişaşlar Bəsrə və Kərbəlaya da yayıldı – YENİLƏNİB + FOTO/VİDEO

30 Avq, 2022
01:52
6055

Bağdaddakı iğtişaşlar Bəsrə və Kərbəlaya da yayıldı – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağdad parlamenti önündə silahlı toqquşmalar baş verib.

Hazırda qanunverici orqanın binasına ordu nəzarət edir.

Bu azmış kimi, iğtişaşlar artıq Kərbəla və Bəsrə şəhərlərinə də yayılıb.

Ölkənin şiə lideri Müqtəda əs-Sədr zorakılıq dayanana qədər aclıq elan edib.

22:21

Bazar ertəsi Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.

Həmçinin, şəhərə nizami ordu hissələri yeridilib. Paytaxtın “Yaşıl zona”sında vəziyyət gərgin olaraq qalır.

20:04

Bağdadın “Yaşıl zonası”nda Müqtəda əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində iki nəfər ölüb.

Bu barədə “Sky News Arabia” məlumat yayıb.

Həmçinin, 19 nəfərin xəsarət aldığı bildirilib.

“Al-Hadath” telekanalı isə toqquşmalarda 25 nəfərin zərər çəkdiyini qeyd edib.

17:46

İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkisində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr avqustun 29-da İraqın siyasi həyatından ayrıldığını elan edib.

49 yaşlı şiə lideri Müqtəda əs-Sədr bu barədə özünün “Twitter” səhifəsində məlumat dərc edib.

“Mən siyasi işlərə qarışmamaq qərarına gəldim və Müqəddəs Məqbərə, Əs-Sədr İrsi İdarəsi istisna olmaqla, bütün siyasi qurumlardan ayrıldığımı elan edirəm”.

Siyasi və dini lider həmçinin hərəkatının tərəfdarlarının bütün əsas qurumlarının bağlandığını elan edib.

Bundan sonra onun tərəfdarları Bağdadda Respublika Sarayına soxularaq, “yaşıl zona” adlanan əraziyə daxil olublar. Məlumata görə, nümayişçilər təkərləri yandırıb, yolları bağlayıb, bəziləri isə beton bloklarla hökumət binalarının darvazalarını yarmağa çalışıb.

Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Bağdadda komendant saatı elan edilib.

Mənbə: Veçernıye Vedomosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri