Sen
2022
04:20
207
26
2888
Virtual karabakh

Yaddaşını itirən Avstraliya sakini yenidən həyat yoldaşına aşiq oldu - FOTO

7 Sen, 2022
04:20
2888

Yaddaşını itirən Avstraliya sakini yenidən həyat yoldaşına aşiq oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Kvinslend şəhərindən olan 36 yaşlı Lyuk Bakton 2017-ci ilin mayında qəzaya uğrayıb. Nəticədə yaddaşını itirib.

Bakton motosiklet sürərkən park edilmiş avtomobilə çırpılıb və ağır kəllə-beyin travması alıb. Ömrünün çox hissəsini unudub, yeriyə bilmir, danışa bilmir. Həmçinin doqquz ay əvvəl evləndiyi həyat yoldaşı Melissanı da tanımırdı.

Altı aydan çox xəstəxanada yatan Bakton ilyarım tibbi reabilitasiyadan keçib. Bütün bu müddət ərzində Melissa Baktonun yanında olub və ona itirdiyi xatirələrini bərpa etməkdə kömək edib. Sonunda Bakton həyat yoldaşına yenidən aşiq olub.

“Düşünürəm ki, biz “kədərdə və sevincdə, xəstəlikdə və sağlamlıqda” deyəndə, həqiqətən, bunu nəzərdə tuturdum. O, mənim ən yaxşı dostumdur, həmişə olub və elə də qalacaq”, - deyə qadın bildirib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri