Sen
2022
00:30
41
245
1636
Virtual karabakh

Vyetnamda karaoke-bardakı yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

8 Sen, 2022
00:30
1636

Vyetnamda karaoke-bardakı yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyetnamın cənub-şərqindəki Bin Duonq əyalətində karaoke-barda baş verən yanğın zamanı ölənlərin sayı 32 nəfərə çatıb.

İnsident Ho Şi Min şəhərindən 25 kilometr aralıda yerləşən Thuan An şəhərində, üçmərtəbəli karaoke-barın ikinci mərtəbəsində baş verib.

İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi yanğın zamanı 17 kişi və 15 qadının öldüyünü açıqlayıb. Səlahiyyətlilər bildiriblər ki, binanın içərisi taxta materiallardan olduğu üçün alov qısa müddətdə ətrafa yayılıb və qatı tüstü işçilərin, eləcə də müştərilərin təxliyəsini çətinləşdirib. Alovdan xilas olmaq istəyənlərin özlərini binanın ikinci mərtəbəsindən atdığı bildirilib.

İlkin ehtimallara görə yanğının elektrik qısaqapanmasından başlaya biləcəyi qeyd edilib.

Mənbə: TRT

13:58

Vyetnamın Bin Duonq əyalətində barda yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım qrupları göndərilib. Yanğın nəzarət altına alınıb.

Yanğın nəticəsində 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilib. Yaralılardan 11-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: CNNTürk

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri