12 
Sen
2022
16:06
15
138
5195
yuxarı
Azərbaycanlı aktrisa ilə sevgilisinin ayrılıq səbəbi bəlli oldu
12 Sen, 2022
16:06
5195
15
138
Azərbaycanlı aktrisa ilə sevgilisinin ayrılıq səbəbi bəlli oldu
“Yasak Elma” serialının çəkiliş meydançasında tanış olub eşq yaşamağa başlayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə və Gökhan Alkanın ayrılıq səbəbi məlum olub.
Evliliyə hazırlaşan cütlük iki illik münasibətlərini ani qərarla bitirmişdi. Hər ikisi bu barədə açıqlama verməyərək susqunluğunu qoruyurdu.
Lakin cütlük mövzu ilə bağlı susmağa üstünlük versə də, ayrılmalarının səbəbi məlum olub.
Belə ki, Nəsrin Cavadzadə və Gökhan Alkanın fərqli düşüncə tərzinə görə ayrıldığı iddia edilib. Son vaxtlar həyata baxışlarına görə tez-tez mübahisə edən Cavadzadə ilə Alkanın yaxın ətrafları ilə bu barədə danışdığı bəlli olub.
“Münasibətimizdə hüzur qalmadı”, - deyə onlar ayrılmalarının səbəbini açıqlayıblar.
Mənbə: “CNN Türk”
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək