13 
Sen
2022
23:59
589
25
3743
Virtual karabakh

Ermənistanda “TikTok” bloklanıb

13 Sen, 2022
23:59
3743

Ermənistanda “TikTok” bloklanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” informasiya mənbəyi sayıla bilməz. Onun vasitəsilə idarə olunmayan məlumat axını baş verir.

Bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasının səbəblərini izah edərkən bildirib.

O, vurğulayıb ki, bu tədbir digər strateji məlumatların yayılması qovşaqları düzgün işlədiyi halda təsirli olur.

Martirosyan bu işdə Azərbaycanı nümunə göstərib və Bakının bu məsələyə ciddi yanaşdığını deyib.

Ekspert informasiya sahəsində bir sıra problemlərin olduğunu da etiraf edib. “Xüsusilə, məlumat çatışmazlığı var və vətəndaşlar bu boşluğu üçüncü tərəf mənbələri vasitəsilə doldurmağa çalışırlar”, - deyə o qeyd edib.

Mənbə: Sputnik

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri