16 
Sen
2022
17:18
13
425
1187
Virtual karabakh

Pakistanda son daşqından sonra 1500-ə yaxın meyit tapılıb - VİDEO

16 Sen, 2022
17:18
1187

Pakistanda son daşqından sonra 1500-ə yaxın meyit tapılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanda son daşqınlar nəticəsində ölənlərin sayı 1500-ə yaxınlaşır.

Təbii fəlakət səbəbindən yüz minlərlə insan evsiz qalıb və açıq hava altında gecələyir.

Rekord səviyyədə yağan musson yağışları və dağlarda buzlaqların əriməsi nəticəsində yaranan daşqınlar 33 milyon insana ziyan vurub.

Daşqın önünə çıxan evləri, maşınları, əkin sahələrini və mal-qaranı məhv edib. Fəlakət nəticəsində dəyən zərər 30 milyard dollar dəyərində qiymətləndirilir.

Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, ölənlərin sayı 1486 nəfər təşkil edir. Onlardan 530-a yaxını uşaqdır.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri