19 
Sen
2022
11:18
635
101
5885
Virtual karabakh

İranda əhali ayağa qalxdı: Hicabları çıxararaq etiraz etdilər - VİDEO

19 Sen, 2022
11:18
5885

İranda əhali ayağa qalxdı: Hicabları çıxararaq etiraz etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda polisin hicabdan imtina etdiyinə görə saxladığı 22 yaşlı Məhsa Əmini ölüb.

Onun dəfnindən sonra insanlar etiraz sədaları ilə ayağa qalxıblar. Gənc qızın ölüm səbəbinin infarkt olduğu bildirilsə də, insanlar onun polis mikroavtobusunda döyüldükdən sonra həyatını itirdiyinə əmindirlər.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, qızın səhhətində heç bir problem olmayıb.

“Al Jazeera” telekanalının məlumatına görə, etirazlar Əmininin doğulduğu Sakkız şəhərində və İranın qərbindəki digər şəhərlərdə olub. İnzibati binaların qarşısına toplaşan etirazçılar həqiqətin araşdırılmasını tələb ediblər. İranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq hicablarını çıxararaq, atıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

IRNA məlumat verir ki, İran Prezidenti İbrahim Rəisi ölkənin daxili işlər nazirinə Əmininin ölüm faktının araşdırılması barədə göstəriş verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri