22 
Sen
2022
15:36
26
248
1651
Virtual karabakh

Türkiyədə vilayəti su basdı - FOTO

22 Sen, 2022
15:36
1651

Türkiyədə vilayəti su basdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Osmaniyə vilayətində fırtına və leysan yağışları səbəbindən evləri, iş yerlərini və yeraltı keçidləri su basıb.

Küçə və prospektlər su ilə dolduğu üçün sürücülər çətin anlar yaşayıb, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sel səbəbi ilə hərəkətin dayandırıldığı Dövlət Baxçalı yeraltı keçidinə daxil olan mikroavtobus buradan çıxa bilməyib.

Hadisə yerinə gələn xilasedicilər nəqliyyat vasitəsində olan şəxsləri avtomobildən xilas ediblər, mikroavtobus isə kəndir vasitəsilə sudan çıxarılıb.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri