24 
Sen
2022
14:52
402
84
11367
Virtual karabakh

Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahlar şoka saldı - VİDEO

24 Sen, 2022
14:52
11367

Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahlar şoka saldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahların görüntüləri paylaşılıb. Kadrlarda avtomatların pas tutduğu və istifadəyə tamamilə yararsız olduğu görünür.

Oxu.Az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“Bel-kürək daha əlverişli olardı”, “Bu, dünyada ikinci yox, artıq birinci ordudur”, “Bəs velosiped verəcəklər?”, “Bu, birinci səfərbərlikdə veriləndirsə, üçüncünü təsəvvür etməyə qorxuram”, “Bayraktar”lar ehmalca gülümsədi”, “Növbəti səfərbərlikdə sapand olacaq” və s. bu kimi şərhlər yazan istifadəçilər vəziyyətin tragikomik olduğunu vurğulayıblar.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri