26 
Sen
2022
14:40
408
18
2984
Virtual karabakh

Urmiyada etirazçıların təqibindən qaçan polislərin görüntüləri yayıldı - VİDEO

26 Sen, 2022
14:40
2984

Urmiyada etirazçıların təqibindən qaçan polislərin görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güney Azərbaycanın Urmiya şəhərində ötən gecə kütləvi etiraz aksiyaları baş tutub.

Etirazlar zamanı edilən birgə hücumlar İranın polis və xüsusi təyinatlı qüvvələrinin küçələrdən qaçmasına səbəb olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Urmiya sakinləri birgə hərəkət edərək polis məmurlarına və xüsusi təyinatlılara hücum edib, onları meydandan qovub, sıralarını dağıdıblar.

Xatırladaq ki, son günlərdə Urmiya əhalisi küçələrə çıxaraq İran hökumətinin repressiv siyasətinə qarşı “Xameneiyə ölüm!” şüarları səsləndirib. İran xüsusi təyinatlıları nümayişçilərə atəş açaraq bir neçə gənci öldürüblər.

Amma xalqın həmrəyliyi nəticəsində bu dəfə xüsusi təyinatlı qüvvələr etirazçıların müqaviməti qarşısında qaçmağa məcbur olublar.

Urmiyada polislərin etirazçılardan qaçması onların xalq tərəfindən ələ salınmasına səbəb olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri