27 
Sen
2022
23:41
139
93
1475
Virtual karabakh

Kataloniya yeni müstəqillik referendumu keçirməyi planlaşdırır

27 Sen, 2022
23:41
1475

Kataloniya yeni müstəqillik referendumu keçirməyi planlaşdırır

Kataloniyada İspaniya ilə razılaşdırılaraq regionun müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsi planlaşdırılır.

Bu barədə Kataloniya hökumətinin başçısı Pere Araqones bildirib.

O, qeyd edib ki, Kataloniyada yeni referendumun keçirilməsi üçün Madridin dəstəyi lazımdır.

“Şübhə etmirəm ki, bu, növbəti səsvermənin ən sürətli və səmərəli yoludur, çünki o, 2017-ci ilin dərslərinə (sonuncu referendum 2017-ci ildə baş tutub – red.) əsaslanır və nəticəni reallaşdırmağa mane olan çətinlikləri dəf edir”, - deyə bölgə rəhbəri bəyan edib.

Region hökumətinin başçısının sözlərinə görə, onun təklifi “ən əhatəli, demokratik və beynəlxalq ictimaiyyət üçün başa düşüləndir” və o, Kataloniyanın bütün siyasi qüvvələrindən dəstək istəmək niyyətindədir.

Eyni zamanda, İspaniya hakimiyyəti Araqonesin belə bir təşəbbüsünü hələlik təsdiqləmək niyyətində deyil.

Qeyd edək ki, iyunda keçirilən rəy sorğusuna əsasən, Kataloniya sakinlərinin təxminən 52%-i Kataloniyanın müstəqilliyinin əleyhinədir, 41%-i isə onu dəstəkləyir.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri