29 
Sen
2022
04:52
174
28
2947
Virtual karabakh

Alimlər Ayda dinozavrları öldürən asteroidin izlərini tapıblar

29 Sen, 2022
04:52
2947

Alimlər Ayda dinozavrları öldürən asteroidin izlərini tapıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Planetoloqlar Çinin “Chang'e-5” zondunun topladığı Ay torpağı nümunələrində yaşı Yerə ən böyük asteroid zərbələri ilə üst-üstə düşən mikrohissəciklər aşkar ediblər.

Avstraliyanın Kertin Universitetinin mətbuat xidməti çərşənbə günü bildirib ki, onların arasında 65,5 milyon il əvvəl dinozavrları öldürən göy cismi də var.

“Biz Ay torpağında aşkar etdiyimiz mikroskopik hissəciklərin necə və nə vaxt əmələ gəldiyini hərtərəfli öyrənmişik. Onların bir çoxunun yaşının xüsusilə böyük asteroidlərin Yerə düşdüyü vaxta tam olaraq təsadüf etdiyini müəyyən etdik. Bunlara dinozavrları öldürən obyekt də daxildir”, - universitetinin professoru Aleksander Nemçin bildirib.

Qeyd edək ki, “Chang'e-5” 2020-ci ilin noyabrında “Long March 5” daşıyıcı raketi ilə Haynan adasındakı Vençan kosmodromundan buraxılıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri