29 
Sen
2022
14:06
537
89
6720
Virtual karabakh

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” - VİDEO

29 Sen, 2022
14:06
6720

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daim Azərbaycan əleyhinə təxribatçı açıqlamaları və çıxışları ilə gündəmə gələn Ərdəbil əyalətinin cümə imamı Həsən Ameli son cümə namazı xütbələrində insanların qarşısında timsah göz yaşları töküb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayır.

Bildirilir ki, özünü haqqın və məzlumların müdafiəçisi kimi qələmə verən Ameli nədənsə 10 gün öncə Tehranda “Əxlaq polisi” tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək komaya salınan 22 yaşlı günahsız Məhsa Əmininin faciəvi şəkildə öldürülməsinə səssiz qalıb.

Lakin rəşadətli iranlı gənclərin bu ədalətsizliyə və vəhşiliyə göz yummayaraq ölkənin bütün şəhərlərində kütləvi etirazlara əl atıb, “Diktatora ölüm, Xameneiyə ölüm!” şüarı səsləndirməsi hoqqabaz əyalət mollasını kədərləndirib və o, əlləri titrəyərək “ağanı təhqir etdilər” deyib, İran rəhbərinin yanında imtiyaz qazanmaq və guya onu müdafiə etmək üçün ağlamağa başlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri