30 
Sen
2022
01:25
375
25
957
Virtual karabakh

Estoniya Rusiya qazından imtina edəcək

30 Sen, 2022
01:25
957

Estoniya Rusiya qazından imtina edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniya hökuməti cümə axşamı Rusiyadan təbii qazın alınmasına qadağanın sanksiya qismində 2023-cü il yanvarın 1-dən tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu barədə Baltikyanı ölkənin xarici işlər naziri Urmas Reynsalu məlumat verib.

“Artıq aprel ayında hökumət ölkənin Rusiya qazından imtina etməsi ilə bağlı prinsipial qərar qəbul etdi. İndi bu qərar hüquqi cəhətdən məcburi tədbir kimi təsbit olunub. Yanvarın 1-dən Estoniya Rusiya qazına qarşı milli sanksiya tətbiq edir. Sanksiyanın məqsədi Rusiyaya Ukraynaya qarşı hərbi təcavüzünü dayandırması üçün təzyiq göstərməkdir. Belə ki, təbii qaz Rusiya üçün mühüm gəlir mənbəyidir və Avropa İttifaqına təsir rıçaqı kimi istifadə olunur”, - Reynsalu Tallində keçirdiyi mətbuat konfransında bildirib.

Mənbə: 1prime.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri