30 
Sen
2022
11:30
10
279
1444
Virtual karabakh

Kabildəki təhsil mərkəzində terror aktı: Ölən və yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

30 Sen, 2022
11:30
1444

Kabildəki təhsil mərkəzində terror aktı: Ölən və yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın paytaxtı Kabilin qərbində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, daha 40 nəfər yaralanıb.

Bu barədə Əfqanıstan hökumətindəki mənbə məlumat yayıb.

Bundan əvvəl Kabildə azı 20 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

09:55

Əfqanıstanın paytaxtı Kabildə təhsil mərkəzlərindən birində partlayış olub.

Hadisə paytaxtın Daşt-i-Barçi rayonunda imtahan zamanı baş verib.

Partlayış nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takkur partlayışın baş verdiyini təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Müvəqqəti Əfqanıstan hökumətindəki mənbədən verilən məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.

Mənbə: News.ru  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri