Okt
2022
10:48
26
288
3897
Virtual karabakh

Zaporojye AES-in baş direktoru qaçırıldı

1 Okt, 2022
10:48
3897

Zaporojye AES-in baş direktoru qaçırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının (AES) baş direktoru İqor Muraşovu saxlayıb və naməlum istiqamətə aparıblar.

Bu barədə “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalat Şirkəti dövlət müəssisəsinin prezidenti Pyotr Kotin məlumat verib.

Rusiyalı hərbçilərin patrulu Muraşovu stansiyadan Enerqodara gedərkən saxlayıb. Maşın saxlanılıb, özü həbs olunub və gözübağlı halda naməlum istiqamətə aparılıb. Zaporojye AES-in baş direktorunun harada olması və taleyi barədə məlumat yoxdur.

“Zaporojye AES-in baş direktoru atom elektrik stansiyasının nüvə və radiasiya təhlükəsizliyi üçün əsas və müstəsna məsuliyyət daşıyır. Onun həbsi Avropanın ən böyük atom elektrik stansiyasının fəaliyyəti üçün təhlükə yaradır”, - deyə Kotin vurğulayıb.

Mənbə: ZN.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri