Okt
2022
09:12
95
13
1001
Virtual karabakh

Bolqarıstanda Milli Assambleyaya növbədənkənar seçkilər başlayıb

2 Okt, 2022
09:12
1001

Bolqarıstanda Milli Assambleyaya növbədənkənar seçkilər başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanda bu gün ( 2 oktyabr – Red) Milli Assambleyaya (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

Yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 08:00 - Red) ölkədə təxminən 13 min seçki məntəqəsi açılıb ki, burada təxminən 6,7 milyon insan saat 20:00-a kimi səs verəcək.

Əksər məntəqələrdə xüsusi səsvermə aparatları quraşdırılıb. Xaricdə Bolqarıstan vətəndaşları üçün 62 ölkədə 750-yə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

Parlamentdəki 240 yer uğrunda 22 partiya və altı koalisiyanı təmsil edən 6 624 namizəd mübarizə aparır.

Seçkilərin gedişatını 4 mindən çox müşahidəçi izləyəcək və dörd sosioloji qurumun əməkdaşları “exit-poll”un hazırlanması üzərində işləyəcək.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri