Okt
2022
00:47
203
38
3829
Virtual karabakh

Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı

6 Okt, 2022
00:47
3829

Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul tələb edən dilənçi saxlanılıb.

Polis Şöbəsinə aparılan dilənçinin üzərindən axtarış zamanı külli miqdarda pul tapılıb.

Bu barədə Yalova Bələdiyyəsi Polis Şöbəsinin səlahiyyətliləri açıqlama verib. “Rayon daxilində  yoxlamalarımız zamanı Cevdet Aydın Parkında bir dilənçi ilə qarşılaşdıq. Onu polis bölməsinə gətirdik. Axtarış zamanı dilənçinin üzərindən 12 min lirə maddi vəsait aşkarlandı. Yalovada ilk dəfədir ki, belə böyük məbləğdə pula rast gəlirik. Vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, dilənçiliyi peşəyə çevirən insanlara pul verməsinlər”, - deyə qeyd edilib.

Dilənçidən tapılan pullar müsadirə edilib, özü ilə bağlı ilə qanunlar çərçivəsində tədbirlər görülüb.

Mənbə: ABC gazetesi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri