Okt
2022
22:30
436
71
1818
Virtual karabakh

İranın Danimarkadakı səfirliyinə bıçaqlı şəxs hücum edib - YENİLƏNİB + VİDEO

7 Okt, 2022
22:30
1818

İranın Danimarkadakı səfirliyinə bıçaqlı şəxs hücum edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Danimarkaya nota verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib.

Buna cavab olaraq Danimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün İran İslam Respublikasının Kopenhagendəki səfirliyinə soyuq silahla silahlı basqın olub.

Hadisəni törədən şəxs İran səfirini təhdid edərək işçilərdən birini yaralayıb və səfirliyin maşınlarına ziyan vurub.

20:24

İran Xarici İşlər Nazirliyi bir saat öncə İranın Danimarkadakı səfirliyinin binasına “bıçaqla silahlanmış” şəxsin daxil olduğunu bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, xarici işlər naziri bununla bağlı İranın Kopenhagendəki səfiri və səfirliyinin təhlükəsizliyinin təmin edilməməsini tənqid edib və deyib:

“Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan xanım və səfirə qarşı belə bir hücum həyata keçirilir və polis vaxtında gəlmir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri