Mar
2015
22:50
45
96
13252
Virtual karabakh

Dünyanın ən zəngin insanları - SİYAHI

2 Mar, 2015
22:50
13252

Dünyanın ən zəngin insanları - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hal-hazırda dünyada rekord sayda milyarder var.

Bill Geyts Forbes jurnalı tərəfindən 16-cı dəfədir ki, dünyanın ən zəngin insanı seçilib, BBC xəbər verir.

Microsoft şirkətinin təsisçisi yenə də milyarder siyahısında ikinci sətirdə yer alan meksikalı biznesmen Karlos Slimi geridə qoyub.

Bir il ərzində Geytsin sərvəti cəmi 3 milyard dollar artıb.

Cari ilin fevral ayının 13-də sərvət 79 milyarddan ibarət olub.

Forbes-in yazdığına görə, hal-hazırda dünyada rekord sayda milyarder var – 1826 nəfər, bu bir il əvvəlki göstəricidən 181 nəfər çoxdur. Son 21 il ərzində Bill Geyts Forbes jurnalının siyahısına 16 dəfə liderlik edib.

Amerikalı investor Uorren Baffet 72,2 milyard dollar ilə siyahıda üçüncü yerə qayıdıb. Bu yeri o Zara geyim istehsalı üzrə ispan şirkətinin təsisçisi Amansio Oretgidən alıb.  

Forbes-in versiyasına görə 2015-ci ilin zənginlərinin ilk onluğu:

1. Bill Geyts  - 79,2 milyard (Microsoft)

2. Karlos Slim -77,1 milyard (Telekommunikasiya və inşaat)

3. Uorren Baffet – 72,7 milyard (Qlobal investor)

4. Amansio orteqa – 64,5 milyard (Zara və d.)

5. Larri Ellison – 54,3 milyard (Oracle)

6. Çarlz Kox – 42,9 milyard (Sənayeçi)

7. Devid Kox – 42, milyard (Sənayeçi)

8. Kristi Uolton – 41,7 milyard (Walmart)

9. Cim Uolton - 40,6 milyard (Walmart)

10. Lillian Betankur – 40,1 milyard (L'Oreal)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri