16 
Noy
2022
22:07
645
42
1385
Virtual karabakh

ABŞ və Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

16 Noy, 2022
22:07
1385

ABŞ və Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına altı fiziki və iki hüquqi şəxsi əlavə edib.

Bu barədə çərşənbə günü Kanada Xarici İşlər Nazirliyindən bildirilib.

 Xüsusilə, “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” sanksiyalara məruz qalıb.

Bundan əlavə, Kanada İranda insan haqlarının pozulmasında əli olan şəxslərə də məhdudiyyətlə qoyub. Siyahılara bir neçə iranlı general da daxil olmaqla, altı şəxs əlavə edilib.

ABŞ Maliyyə Nazirliyi isə İranın IRIB Yayım Korporasiyasının altı yüksək rütbəli əməkdaşına qarşı İslam Respublikasında ümummilli etirazları işıqlandırarkən senzura və təzyiq kampaniyalarına görə sanksiya məhdudiyyətləri qoyub.

“İRİB və onun törəmə şirkətləri obyektiv media orqanı kimi kimi deyil, daha çox İran hökumətinin öz xalqına qarşı kütləvi repressiya və senzura kampaniyasında kritik alət kimi çıxış edir”, - deyə nazirlikdən bildirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri