18 
Noy
2022
06:10
188
22
2291
Virtual karabakh

ABŞ Nümayəndələr Palatasında Baydenlə bağlı araşdırmaya başlanılıb

18 Noy, 2022
06:10
2291

ABŞ Nümayəndələr Palatasında Baydenlə bağlı araşdırmaya başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Demokratlar Partiyasından olan prezident Co Baydenlə bağlı ilk araşdırmaya başlayıblar.

Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında konqresmen Ceyms Komer məlumat verib.

“Söhbət ABŞ prezidenti Co Baydenin fəaliyyətilə bağlı təhqiqatdan gedir. Həm də onun nə üçün bəzi məsələlər barədə məlumatlı olması və ailəsinin beynəlxalq biznes sxemlərində iştirakı barədə amerika xalqına yalan danışması araşdırılır. Milli təhlükəsizlik maraqları komitənin araşdırma aparmasını tələb edir”, - deyə konqresmen bəyan edib.

O, həmçinin prezidenti ailəsini Çin və Rusiya kimi ölkə hökumətlərilə sıx əlaqələrdə ittiham edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri