19 
Noy
2022
16:47
279
33
2276
Virtual karabakh

FIFA prezidenti: “Üç saat pivəsiz yaşamaq olar”

19 Noy, 2022
16:47
2276

FIFA prezidenti: “Üç saat pivəsiz yaşamaq olar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda alkoqollu pivə qadağası futbol azarkeşlərini oyuna getməkdən çəkindirməyəcək.

Bu barədə FIFA prezidenti Canni İnfantino mətbuat konfransında məlumat verib.

“Şəxsən mən hesab edirəm ki, gündə üç saat pivə içməsən də, sağ qalarsan. Fransa, İspaniya və Şotlandiyada da belə qadağalar var”, - deyə İnfantino bildirib.

Xatırladaq ki, FIFA bu qadağanı noyabrın 18-də, turnirin başlamasına iki gün qalmış elan edib. Qeyd olunub ki, bu qərar stadionlarda alkoqolsuz pivə satışına təsir göstərməyəcək. Həmçinin azarkeşlər Dohadakı fan zonalarında spirtli içki ala biləcəklər, stadionların VIP lojalarında da spirtli pivə olacaq.

2022-ci il dünya çempionatının final mərhələsi noyabrın 20-dən dekabrın 18-dək beş şəhərin səkkiz stadionunda (Doha, Lusail, Əl-Xaur, Əl-Vakra və Ər-Rayyan) keçiriləcək.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri