20 
Noy
2022
18:08
490
16
1506
Virtual karabakh

Tbilisidə Saakaşvilinin xaricdə müalicə üçün buraxılması tələbi ilə aksiya keçirilib

20 Noy, 2022
18:08
1506

Tbilisidə Saakaşvilinin xaricdə müalicə üçün buraxılması tələbi ilə aksiya keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar günü bir neçə yüz nəfər Gürcüstan hökumətinin binası yaxınlığında toplaşaraq hakimiyyətdən həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə aparılmasına icazə verməsini tələb edib.

Sabiq prezidentin tərəfdarları, eləcə də həkimlər hökumət evinin yaxınlığındakı meydana toplaşaraq Saakaşvilinin xaricdə müalicəyə ehtiyac duyduğunu və səhhətinin ağır olması səbəbindən həyatının təhlükədə olduğunu iddia ediblər. Mitinqdə Saakaşvilinin anası Qiuli Alasaniya da iştirak edir. Aksiya sakit şəraitdə keçirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Şənbə günü Alasaniya bildirib ki, həkimlərin fikrincə, Saakaşvili ağır metallar, o cümlədən civə ilə zəhərlənib. Onun sözlərinə görə, siyasətçi təcrid olunub və özü belə maddələr əldə edə bilməz. Bu isə keçmiş dövlət başçısının qəsdən zəhərlənməsini ehtimalını artırır.

Mümkün zəhərlənmə ilə bağlı Saakaşvilinin vəkili Valeri Qelbaxiani də məlumat verib. Eyni zamanda, Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin həkimlərin nəzarətində olduğunu və mümkün zəhərlənmə faktını təsdiq edən rəy almadıqlarını bəyan edib.

Cümə günü “Empati” qeyri-hökumət təşkilatı Saakaşvilinin tibbi hesabatının tamamlandığını və tərcümə edilərək xarici ekspertlərə təhvil veriləcəyini bildirib. Onlar ağır diaqnozların qoyulduğunu, lakin sənədin dərc olunmadığını vurğulayıblar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri