22 
Noy
2022
13:30
104
11
605
Virtual karabakh

Aİ-nin doqquzuncu sanksiyalar paketinə rusiyalıların “uzun siyahısı” daxil edilə bilər

22 Noy, 2022
13:30
605

Aİ-nin doqquzuncu sanksiyalar paketinə rusiyalıların “uzun siyahısı” daxil edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi Rusiya hökumətini və xüsusən də Prezident Vladimir Putini dəstəkləyən rus məmurlarına, təbliğatçılarına və vəzifəli şəxslərinə qarşı fərdi tədbirlərin genişləndirilməsini nəzərdə tutur”.

Avropa rəsmiləri “adların uzun siyahısı”nı təklif ediblər.

Avropa Komissiyasının ekspertləri hazırda təklif olunan siyahıları araşdırırlar. Araşdırmada məqsəd bu adamların Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının dəqiqləşdirilməsidir.

Daha əvvəl Estoniya, Latviya, Litva və Polşa Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən anti-Rusiya sanksiyalarının doqquzuncu paketini təqdim etməyi xahiş etmişdilər.

Eyni zamanda Estoniyanın Baş naziri Kaya Kallas etiraf edib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi getdikcə çətinləşir, bu, cəmiyyətin yaşadığı yorğunluqdan irəli gəlir.

Mənbə: Politico

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri