23 
Noy
2022
00:34
538
39
1597
Virtual karabakh

Bayden İrana qarşı bütün variantları nəzərdən keçirəcək

23 Noy, 2022
00:34
1597

Bayden İrana qarşı bütün variantları nəzərdən keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Co Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ondan Tehranın Fordodakı nüvə obyektində IR-6 sentrifuqaları kaskadından istifadə etməklə uranı 60%-ə qədər zənginləşdirməyə başlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirməsi xahiş olunub.

“Biz bu məlumatı görmüşük. Əmin etmək ostəyirik ki, Birləşmiş Ştatlar prezidentinin ixtiyarında bütün variantlar var. Şübhəsiz ki, biz mövqeyimizi dəyişməmişik və İrana nüvə silahı yaratmaq qabiliyyətinə nail olmağa imkan verməyəcəyik”, - o, bəyan edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri