23 
Noy
2022
19:19
19
408
2798
Virtual karabakh

Türkiyədə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib

23 Noy, 2022
19:19
2798

Türkiyədə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə 5,9 bal gücündə zəlzələ nəticəsində 300-dən çox evə ziyan dəyib.

Bu barədə çərşənbə günü jurnalistlərə ölkənin ekologiya və şəhərsalma naziri Murat Kurum məlumat verib.

“Zəlzələdən dəyən zərərin iki gün ərzində hesablanması planlaşdırılır. Bu günə kimi 321 binanın zədələndiyi müəyyən edilib, onlardan 13-nə ağır ziyan dəyib”, - Kurum bildirib.

Onun sözlərinə görə, çərşənbə günü axşam saatlarında zəlzələnin episentrinin yerləşdiyi Düzcə vilayətində evlərin 95%-nə elektrik enerjisi verilib.

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Kocanın sözlərinə görə, son məlumatlara əsasən, zəlzələdən zərərçəkənlərin sayı 80-ə çatıb. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri