24 
Noy
2022
11:28
233
36
1739
Virtual karabakh

Zelenskinin ofisindən maraqlı petisiya: Rusiyanın adı “Moskoviya”ya dəyişdirilsin - FOTO

24 Noy, 2022
11:28
1739

Zelenskinin ofisindən maraqlı petisiya: Rusiyanın adı “Moskoviya”ya dəyişdirilsin - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında Rusiyanın rəsmi adı və ümumiyyətlə rus termini ilə bağlı petisiya peyda olub. Orada təklif edilir ki, “Rusiya” rəsmi olaraq “Moskoviya” adlandırılsın.

“Həmçinin “rus” termini “moskvalı”, “Rusiya Federasiyası” isə “Moskva Federasiyası” ilə əvəz edilsin", - deyə petisiyada çağırış edilir.

Hazırda petisiyaya 50-yə yaxın insan dəstək verib. Ukrayna prezidenti tərəfindən baxılması üçün onun 25 min səs toplaması lazımdır. Petisiya üzrə səslərin toplanması daha 92 gün davam edəcək.

Yeri gəlmişkən, 2021-ci ilin dekabrında Ukraynanın Lvov və Rovno vilayət şuraları Rusiyanın adının “Moskoviya”, rusların isə “moskvalılar” adlandırılması tələbi ilə Prezident Volodimir Zelenskiyə müraciət edib. Sözügedən şuraların deputatları Rusiyanın öz adından qanunsuz istifadə etdiyini iddia ediblər.

Qeyd edək ki, Moskoviya - bəzi Qərb mənbələrində XV-XVIII əsrin əvvəllərində Rusiya dövlətinin adıdır, moskvalılar isə bu dövlətin sakinləri hesab olunurlar. Bu termin adətən tarixi Ukrayna ictimai birləşmələrinin Rusiya dövlətindən ayrı olduğunu vurğulamaq üçün istifadə edilir.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri