26 
Noy
2022
08:50
88
41
1232
Virtual karabakh

Çarlz Darvinin imzası olan sənəd hərraca çıxarılacaq - FOTO

26 Noy, 2022
08:50
1232

Çarlz Darvinin imzası olan sənəd hərraca çıxarılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkdakı “Sotheby's” hərracında Çarlz Darvinin imzası olan kağız parçası satışa çıxarılacaq.

Darvinin sənədlərini arxivləşdirmək vərdişi yox idi, ona görə də çox az orijinal material günümüzədək gəlib çatıb. Onların, demək olar ki, hamısı elm adamı tərəfindən qısa şəkildə imzalanıb: “Ç.Darwin”.

Hərraca çıxarılan sənəddə isə onun xətti ilə tam şəkildə “Çarlz Darvin” yazılıb. Lot üçün 1 milyon funt sterlinqdən çox pul ödəniləcəyi gözlənilir.

Kağız parçası üzərində alimin “Növlərin mənşəyi haqqında” kitabının üçüncü nəşrindən bir hissə öz əksini tapıb. Darvin bu materialı “The Autographic Mirror” jurnalında çap olunması üçün özü seçib.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri