26 
Noy
2022
13:57
155
16
1225
Virtual karabakh

Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasını boykot etdi

26 Noy, 2022
13:57
1225

Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasını boykot etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibində Rusiyanın təmsilçiliyi qaldığı müddətcə assambleyanın işini boykot edəcək”.

Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” prezident fraksiyasından olan deputat Yevgeniya Kravçuk deyib.

“Bu gün biz, Ukrayna nümayəndə heyəti ATƏT PA-nın işini boykot edirik. Bu beynəlxalq təşkilat rusiyalıların orada iştirakına münasibətini formalaşdırana qədər bu davam edəcək”, - deyə Kravçuk “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib.

Ötən gün ATƏT Parlament Assambleyasının Daimi Komitəsi Rusiyanın bu təşkilatdakı üzvlüyünə xitam vermək barədə qərar qəbul edə bilməyib.

Həmçinin qeyd edilir ki, bu məsələ ilə bağlı Ukrayna nümayəndə heyətinin etirazlarına Litva və Estoniya nümayəndələri də qoşulublar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri