27 
Noy
2022
00:19
27
257
2203
Virtual karabakh

Rusiyadan iddia: ABŞ-da əleyhinə peyvəndi olmayan koronavirus törədicisi yaradılıb

27 Noy, 2022
00:19
2203

Rusiyadan iddia: ABŞ-da əleyhinə peyvəndi olmayan koronavirus törədicisi yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boston Universitetinin alimləri oktyabrda Omikron ştamı və ilkin “Uhan” variantı əsasında koronavirus infeksiyasının süni törədicisini yaradıblar.

Bunu RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov deyib.

Onun sözlərinə görə, amerikalıların əldə etdikləri modifikasiya edilmiş virus atipik nevroloji simptonların inkişafının və ağır ağciyər zədələnməsinın müşahidə edildiyi xəstə model heyvanların 80 faizinin ölümünə səbəb olub. Mövcud vaksinlər onlara qarşı effektiv deyil”.

ABŞ Səhiyyə Nazirliyi universitetin rəhbərliyinin fəaliyyətinin araşdırılmasına dair qərar qəbul edib. Kirillov deyib ki, buna baxmayaraq, “Boston eksperimentinin” aparılması ABŞ-da genetik mühəndislik və sintetik biologiya sahəsində elmi-tədiqat və təcrübəvi-konstruktur işləri üzərində dövlət nəzarət sisteminin olmamasından xəbər verir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri