Dek
2022
08:35
256
61
1609
Virtual karabakh

Roma Papası: “Bizə uşaqlar lazımdır”

4 Dek, 2022
08:35
1609

Roma Papası: “Bizə uşaqlar lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Fransisk Vatikanda İtaliya Ailə Assosiasiyaları Forumunun açılışında çıxış edərkən bildirib ki, İtaliyada doğum nisbətinin azalması narahatedicidir və italyan ailələrinə kömək edən qruplar daha çox iş görməlidir.

“Biz şiddətli demoqrafik qışda yaşayırıq və buna bütün gücümüzlə, işimizlə, ideyalarımızla cavab verməliyik”, - pontifik vurğulayıb.

“Katibim ötən gün mənə dedi ki, Müqəddəs Pyotr meydanında gəzərkən uşaq arabası olan qadın görüb və ona yaxınlaşarakən arabanın içərisində küçüyün olduğunu aşkar edib. Bu, simvolikdir. Ona görə sizə deyirəm. Bizə uşaqlar lazımdır”, - o əlavə edib.

Papanın sözlərinə görə, ailə xidmətləri dövlət siyasəti üçün lobbiçilik edərkən hər hansı xüsusi ideologiyaya deyil, kilsənin doktrinasına və sosial praktikasına əsaslanmalıdır.

Xatırladaq ki, aprel ayında İtaliya statistika idarəsi ölkədə doğum səviyyəsinin rekord aşağı həddə çatdığını, hər 12 ölümə 7 doğuşun düşdüyünü, hətta miqrasiyanın əhalinin azalmasını kompensasiya etmədiyini bildirib. Həmçinin qeyd olunub ki, 2006-cı il doğumların ölümlərdən xeyli çox olduğu son il olub.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri