Dek
2022
15:30
383
37
1936
Virtual karabakh

ABŞ İranı hərbi güclə hədələdi

5 Dek, 2022
15:30
1936

ABŞ İranı hərbi güclə hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasında diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ-ın İrana qarşı hərbi gücü istisna deyil.

Bu barədə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Robert Melli xəbərdarlıq edib.

O, hərbi həlli istəmədikləri, bunun Vaşinqtonun yolu, Ağ Ev rəhbəri Co Baydenin istəyi olmadığını vurğulayıb.

“Amma bütün digər variantlar uğursuz olarsa, o zaman son variant hərb yoldur. Prezident açıq şəkildə bildirdi ki, biz İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, - deyə o, “La Repubblica” qəzetində dərc olunan müsahibəsində bildirib.

Melli vurğulayıb ki, həmişə diplomatiyaya üstünlük verilir, lakin İran həqiqətən razılaşmaya qayıtmaq istədiyini nümayiş etdirmir.

“İndi isə daha iki kritik amil əlavə olunur, bütün diqqətimizi bunda cəmləmişik. Bunlar Rusiyanın hərbi yardımı və dinc etirazların yatırılmasıdır”, - deyən Melli ABŞ-ın rolunun sanksiyaların tətbiqi ilə iranlıların hüquq və əsas azadlıqlarını dəstəkləmək, onlara kömək etmək olduğunu əlavə edib.

Eyni zamanda o, iranlıların xarici dünya ilə əlaqə qura bilməsi üçün texnoloji sanksiyaların yüngülləşdirildiyini qeyd edib.

Xüsusi nümayəndə həmçinin ABŞ-da İranın Rusiyaya raketlərin təhvil verilməsini, habelə Rusiyada İran pilotsuz təyyarələrinin istehsalı xəttinin işə salınmasını nəzərdən keçirdiyi barədə məlumatlar olduğunu bildirib.

“Bu, onların Rusiyaya dəstəyini daha da təhlükəli səviyyəyə qaldırar. Biz bunun qarşısını almaq üçün silahların ötürülməsində iştirak edən hər kəsə qarşı sanksiyalar tətbiq etməklə cavab verməyə hazırıq”, - deyə Melli bildirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri