6 
Dek
2022
13:38
21
165
895
yuxarı
Mahaçqalada bomba həyəcanı: Məktəblərdə dərslər yarımçıq dayandırılıb
6 Dek, 2022
13:38
895
21
165
Mahaçqalada bomba həyəcanı: Məktəblərdə dərslər yarımçıq dayandırılıb
Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb.
Buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub.
“Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”, - Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək