Dek
2022
12:24
8
425
926
Virtual karabakh

Əfqanıstanın təkcə bir vilayətində son otuz gündə 11 uşaq aclıqdan ölüb

9 Dek, 2022
12:24
926

Əfqanıstanın təkcə bir vilayətində son otuz gündə 11 uşaq aclıqdan ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın Tacikistanla sərhədində yerləşən Təxar vilayətində son bir ay ərzində 11 uşaq aclıqdan həyatını itirib.

Məlumatı Taloqan şəhərinin (vilayət mərkəzi) mərkəzi xəstəxanası yayıb.

“Taliban” hökumətinin yerli səhiyyə departamenti əhalinin yoxsullaşması ilə əlaqədar uşaqlar arasında aclıqdan ölmə hallarının artdığını etiraf edib.

“Beynəlxalq humanitar yardımın hər kəsə çatması mümkün olmur”, - səhiyyə departamentinin açıqlamasında qeyd olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, qida çatışmazlığı olan uşaqların xəstəxanaya yerləşdirilmə hallarının sayı 2021-ci illə müqayisədə iki dəfəyə qədər yüksəlib. Təkcə 2022-ci ildə bu rəqəm 61 min nəfər təşkil edib.

Mənbə: Etilaatroz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri