9 
Dek
2022
15:04
21
90
1644
yuxarı
ŞƏT və MDB ölkələrinin hərbi qurum rəhbərləri birgə kommünike imzalayıblar
9 Dek, 2022
15:04
1644
21
90
ŞƏT və MDB ölkələrinin hərbi qurum rəhbərləri birgə kommünike imzalayıblar
“Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hərbi qurum rəhbərləri Moskvada keçirilən iclasın yekunları üzrə birgə kommünike imzalayıblar”.
Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, görüş iştirakçıları beynəlxalq təhlükəsizlik və regional sabitliyin qorunması, eləcə də hərbi sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskvada ŞƏT və MDB ölkələrinin hərbi qurum rəhbərlərinin görüşü keçirilib.
Mənbə: mir24.tv