17 
Dek
2022
13:20
65
33
3873
Virtual karabakh

Minlərlə turist “inklərin itirilmiş şəhəri”ndə çarəsiz qalıb - FOTO

17 Dek, 2022
13:20
3873

Minlərlə turist “inklərin itirilmiş şəhəri”ndə çarəsiz qalıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peruda devrilmiş prezident Pedro Kastilyonun tərəfdarlarının təşkil etdiyi iğtişaşlar səbəbindən 5 minə yaxın turist ölkənin əsas turizm məkanı olan Maçu-Pikçu yüksəkliyindəki İnk qalasında, 800-ə yaxın turist isə dağın ətəyindəki qəsəbədə çarəsiz vəziyyətdə qalıb.

İğtişaşçılar Maçu-Pikçuya ən yaxın beynəlxalq hava limanının yerləşdiyi Kusko şəhərinə gedən əsas yolları bağlayıblar.

Bu gün Peru ordusunun helikopterlərdən istifadə etməklə turistləri Maçu-Pikçudan Kusko hava limanına təxliyə edəcəyi gözlənilir.

Məlumata görə, daha 200-ə yaxın amerikalı və avropalı turist Maçu-Pikçudan 30 kilometr aralıda yerləşən Ollantaytambo şəhərinə piyada yollanaraq, oradan Kuskoya gedən qatara minməyə cəhd edib.

Xatırladaq ki, dekabrın 7-də Peru prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını və ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan etdikdən sonra polis tərəfindən saxlanılıb, Parlament onun impiçmentini elan edib. Baş prokuror Daniel Soria ona qarşı cinayət təhqiqatının aparıldığını açıqlayıb. Devrilmiş prezident üsyanı təşkil etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Mənbə: ASN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri