23 
Dek
2022
14:28
16
210
2165
Virtual karabakh

Vəba epidemiyası geri dönür? - FOTO

23 Dek, 2022
14:28
2165

Vəba epidemiyası geri dönür? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəba epidemiyası bütün dünyada yayılmağa davam edir.

Bu xəstəlikdən həyatını itirənlərin sayı günü-gündən artır. Vəba “Vibrio cholerae” adlı bakteriyanın törətdiyi bağırsaq infeksiyası xəstəliyidir. Kəskin və şiddətli ishal ilə müşayiət olunur, xüsusilə aclıq olan ölkələrdə və müharibə bölgələrində tez-tez rast gəlinir.

Şərqi Afrika ölkəsi Malavidə baş qaldıran vəba epidemiyasında həyatını itirənlərin sayı 410-a çatıb. Malavi səhiyyə naziri Khumbize Çiponda verdiyi açıqlamada bildirib ki, ölkədə keçən ilin mart ayından bəri ilk vəba hadisəsinin aşkarlanmasından bu yana 13 min 837 xəstə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ay Malaviyə 2,9 milyon doza vəba peyvəndi göndərib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri