28 
Dek
2022
06:24
132
6
2260
Virtual karabakh

Yeni qalaktikalar sinfi kəşf edildi

28 Dek, 2022
06:24
2260

Yeni qalaktikalar sinfi kəşf edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kazan Federal Universitetinin astronomları Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri ilə birgə qalaktikaların yeni sinfini aşkar ediblər.

Bu barədə çərşənbə axşamı universitetin mətbuat xidməti məlumat yayıb.

“Qeyri-adi xassələrə və aktiv nüvələrə malik 500-ə yaxın qalaktika Kazan Federal Universitetinin Fizika İnstitutunun Astronomiya şöbəsinin və Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri tərəfindən X şüaları yayan kosmik obyektlərin kataloqunu təhlil edərkən aşkar edilib”, - mətbuat xidmətindən bildirilib.

Kataloq 173 min ulduzdan ibarətdir və “Spectrum-X-Gamma” orbital rəsədxanası tərəfindən 2019-cu ildə buraxılmış, vəzifəsi Kainatın yeni ətraflı xəritəsini tərtib etmək olan eROSITA rentgen teleskopunun məlumatları əsasında yaradılıb.

Rentgen şüaları mənbələri arasında tapılan aktiv nüvəli qalaktikalar əvvəllər məlum olanların hamısından gözlənilmədən böyük düzgün hərəkətlərə malik olmaları ilə fərqlənir. Bu qeyri-adi kosmik obyektlərin vizual təftişi onların ekstraqalaktik mənbələrə xas olan geniş morfologiyasını göstərib.

Qeyd olunur ki, 2023-cü ildə RTT-150 teleskopunun yüksək dəqiqlikli müşahidə kompleksində anomal böyük düzgün hərəkətlərə malik ekstraqalaktik mənbələrin tədqiqinin davam etdirilməsi planlaşdırılır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri