30 
Dek
2022
00:45
28
421
2248
Virtual karabakh

İranda əslən azərbaycanlı tələbəyə ağır həbs cəzası verildi - FOTO

30 Dek, 2022
00:45
2248

İranda əslən azərbaycanlı tələbəyə ağır həbs cəzası verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda əslən azərbaycanlı olan Məlika Ağazadəyə ağır həbs cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Tehranda yaşayan azərbaycanlı - tələbə hərəkatının fəalı Məlika Ağazadə 5 il azadlıqdan məhrum edilib.

Oktyabrın 20-də saxlanılan Ağazadənin işinə Tehran İnqilab Məhkəməsi tərəfindən baxılıaraq barəsində uzunmüddətli həbs qərarı çıxarılıb.

Azərbaycanlı fəalın ittihamı barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, İranda üç aydan çoxdur davam edən etiraz aksiyaları zamanı 700-ə yaxın tələbə həbs edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri