30 
Dek
2022
11:48
9
100
1806
Virtual karabakh

Kambocada dəhşətli yanğında ölü sayı artdı: Hoteldəki qonaqlar otaqlarını tərk edə bilməyiblər

30 Dek, 2022
11:48
1806

Kambocada dəhşətli yanğında ölü sayı artdı: Hoteldəki qonaqlar otaqlarını tərk edə bilməyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kambocada çərşənbə günündən cümə axşamına kimi yanğın baş verən Poipetdəki “Grand Diamond City Hotel and Casino” hotelinin qonaqları elektron qapı qıfıllarının işləməməsi səbəbindən otaqlarını tərk edə bilməyiblər.

30-a yaxın insan itkin düşmüş hesab olunur.

Faciə zamanı 20 nəfər həlak olub, 100 nəfər yaralanıb. Yaralanan şəxslərin bəziləri yanıb, bəziləri yanma məhsullarından zəhərləniblər, bir qismi isə yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb. Bundan əvvəl 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə xəbər yayılmışdı.

Müxtəlif versiyalara görə, yanğına yanacaq çəni və ya qaz balonunun partlaması, eləcə də elektrik naqillərində yaranan problemlər səbəb ola bilər. Yanğın yalnız 10 saatdan sonra nəzarətə götürülüb.

Mənbə: Bangkok Post

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri