31 
Dek
2022
16:00
22
98
2556
Virtual karabakh

Dünyanın ən səs-küylü prezidentlərindən müsahibə götürən jurnalist dünyasını dəyişib - FOTO

31 Dek, 2022
16:00
2556

Dünyanın ən səs-küylü prezidentlərindən müsahibə götürən jurnalist dünyasını dəyişib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı teleaparıcı və jurnalist, 12 dəfə “Emmy” mükafatına layiq görülən Barbara Uolters 94 yaşında vəfat edib. Ölümün səbəbi hələ açıqlanmayıb.

Uolters ümumilikdə 50 ildən çox jurnalistikada çalışıb. Onun müsahibləri arasında Riçard Nikson və onun həyat yoldaşı Petdən Donald Tramp və onun xanımı Melaniyaya qədər ABŞ rəhbərləri olub. Digər ölkələrə gəlincə, Rusiya prezidentləri Boris Yeltsin, Vladimir Putin, Kuba lideri Fidel Kastro, Böyük Britaniyanın baş naziri Marqaret Tetçer, Liviya lideri Müəmmar Qəddafi, İraq prezidenti Səddam Hüseyn, həmçinin dünya ulduzlarından - əfsanəvi amerikalı müğənni Maykl Cekson, məşhur aktyorlar Tom Kruz, Arnold Şvartsenegger, Barbra Streyzand və başqalarından müsahibə götürüb.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri