Yan
2023
06:22
22
188
1959
Virtual karabakh

Pekin digər ölkələrin çinli turistlərdən koronavirus testi tələbini qəbuledilməz hesab edir

4 Yan, 2023
06:22
1959

Pekin digər ölkələrin çinli turistlərdən koronavirus testi tələbini qəbuledilməz hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pekin bir sıra ölkələrin yalnız Çindən gələnlər üçün COVID-19-a qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsini qəbuledilməz hesab edir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin hesab edir ki, yalnız Çinə qarşı məhdudiyyətlər elmi baxımdan əsassızdır və bu cür tədbirlər qəbuledilməzdir.

Bundan əvvəl ABŞ, Yaponiya, İtaliya, Böyük Britaniya, Kanada, Avstraliya, Hindistan, İspaniya, ölkədə COVID-19-un artması fonunda Çindən gələn səyahətçilərə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini açıqlamışdı.

Xüsusilə, Çindən gələn bütün şəxslərdən mənfi nəticəli koronavirus testi təqdim etmələri tələb olunur.

Çinin 2020-ci ildən bu xəstəliyə qarşı “sıfır tolerantlıq” siyasətini qəbul edib. Yoluxmuş insanlarla təmasda olanlar üçün karantin və “lokdaun” var idi. Lakin 2022-ci ilin dekabrında Çin hökuməti vətəndaşların fikrincə, ölkədə həddindən artıq sərt məhdudiyyətlər səbəbindən etiraz əhvali-ruhiyyəsi fonunda onlardan bəzilərini ləğv etdi.

Nəticədə ölkədə COVID-19-a yoluxanların və ölənlərin sayı kəskin artıb.

Yanvarın 8-dən Pekin Çinə gələnlər üçün məcburi karantini ləğv etməyi planlaşdırır.

Mənbə: Global Times

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri