Yan
2023
18:20
28
285
4765
Virtual karabakh

Gənc qızı 12 km avtomobillə sürüdü: Hindistan ayağa qalxdı - VİDEO

5 Yan, 2023
18:20
4765

Gənc qızı 12 km avtomobillə sürüdü: Hindistan ayağa qalxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda qorxunc hadisə baş verib. Belə ki, skuterlə gedən gənc qadını vuran sürücü sonra avtomobili ilə onu 12 km sürüyüb.

Hindistanın hüquq-mühafizə orqanından verilən məlumata görə, faciə Dehli şəhərində baş verib.

“Bizdə məlumat var ki, qızın meyiti necə olubsa avtomobilə ilişib və 10-12 kilometrə qədər sürüklənib. Sonra döngələrin birində meyit maşından atılıb”, - deyə şəhər polisinin sözçüsü Saqar Huda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı beş nəfər həbs edilib. Huda əlavə edib ki, toqquşma zamanı zərərçəkmişin yanında olan şahid polislə əməkdaşlıq edir.

Dehli polisi uzun müddət küçə ilə sürüklənməsi ilə əlaqədar qadının bütün paltarının cırıldığını, meyitin pis hala düşdüyünü, başının arxası və kürəyindən, demək olar ki, heç nə qalmadığını deyib.

Qəzanın dəhşətli təfərrüatı Hindistanda qəzəb dalğasına səbəb olub, insanlar küçələrə axışaraq günahkarların ağır cəzalandırılmasını tələb ediblər.

Hadisənin baş verdiyi ərazidəki polis idarəsinin qarşısına yüzlərlə insan toplaşıb.

Yüksək səviyyəli siyasətçilər də araşdırmaya çağırıblar.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri